https://news.day.az/azerinews/1876788.html Bölgələrə avtobus səfərlərində yenilik ola bilər Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli, Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə, Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala, Bərdə-Gəncə, İsmayıllı-Göyçay...

Bölgələrə avtobus səfərlərində yenilik ola bilər

Azərbaycanca, 24 ноября 2026 16:24 (UTC +04:00) 135
Bölgələrə avtobus səfərlərində yenilik ola bilər

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli, Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə, Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala, Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.

Day.Az xəbər verir ki, sənədlər 23 dekabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli və Gəncə-Naftalan istiqamətlərində 5 lot üzrə yanvarın 5-də;

Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə və Zaqatala-Gəncə istiqamətlərində 5 lot üzrə yanvarın 8-də;

Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki və Bərdə-Zaqatala  istiqamətlərində 5 lot üzrə yanvarın 12-də;

Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər istiqamətlərində 5 lot üzrə yanvarın 15-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости