https://news.day.az/azerinews/1876803.html 50 nəfər spirtli içkidən zəhərləndi - İranda 5 nəfər öldü Ötən bir neçə gün ərzində İranın cənubunda yerləşən Hörmüzqan vilayətində spirtli içkilərdən 50 nəfər zəhərlənib. Day.Az xəbər verir ki, bunu İranın Hörmüzqan vilayəti Tibb Elmləri Universitetinin sözçüsü Fəridə Həsənzadə deyib.

50 nəfər spirtli içkidən zəhərləndi - İranda 5 nəfər öldü

Azərbaycanca, 24 ноября 2026 16:58 (UTC +04:00) 192
50 nəfər spirtli içkidən zəhərləndi

Ötən bir neçə gün ərzində İranın cənubunda yerləşən Hörmüzqan vilayətində spirtli içkilərdən 50 nəfər zəhərlənib.

Day.Az xəbər verir ki, bunu İranın Hörmüzqan vilayəti Tibb Elmləri Universitetinin sözçüsü Fəridə Həsənzadə deyib.

"Son statistikaya əsasən Hörmüzqan vilayətində spirtli içkilərdən zəhərlənən 50 nəfərdən 5 nəfəri ölüb, 45 nəfəri isə hazırda müalicə olunmaqdadır", -deyə o qeyd edib.

Həsənzadə bildirib ki, zəhərlənən şəxslər arasında ciddi şəkildə böyrək çatışmazlığı, görmə qabiliyyətinin azalması kimi hallar qeydə alınıb.

Həsənzadə əlavə edib ki, metanol kimi zəhərli maddələrin olduğu spirtdən istifadə etmək ciddi təhlükələrə, böyrək çatışmazlığı, görmə qabiliyyətinin itirilməsi, hətta ölümə səbəb ola bilər. Metanol və başqa zəhərli maddələri spirtli içkilərdə vizual şəkildə müşahidə etmək mümkün deyil.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости