https://news.day.az/azerinews/1876921.html Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində - FOTO - VİDEO "Baku Network" ekspert platformasında Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının professoru Gülbacı İmanovanın iştirakı ilə analitik proqramın yeni buraxılışı yayımlanıb.

Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində - FOTO - VİDEO

Azərbaycanca, 25 ноября 2026 10:16 (UTC +04:00) 225
Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində

"Baku Network" ekspert platformasında Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının professoru Gülbacı İmanovanın iştirakı ilə analitik proqramın yeni buraxılışı yayımlanıb.

Day.Az xəbər verir ki, səmimi söhbət zamanı o, kollektivin 1990-cı illərin çətinliklərininin öhdəsindən necə gəldiyini və xor ifaçılarının göz yaşları ilə qarşıladığı Zəfərdən danışıb.

G. İmanovanın sözlərinə görə, kapella çətin illərdə ümummilli lider Heydər Əliyevin qəbul etdiyi qərar sayəsində fəaliyyətini davam etdirə bilib, hazırda isə beynəlxalq səviyyədə uğurla çıxış edir.

G. İmanova kollektivə 1996-cı ildə rəhbərlik etməyə başlayıb və kapellanın 60 illik tarixinin 30 ilini ona rəhbərlik edib. Həmin il Milli Filarmoniya binası bərpa işləri ilə əlaqədar bağlanıb və kollektiv səkkiz il ərzində Bakı Musiqi Akademiyasında məşq etməli olub. Bununla yanaşı, əməkhaqlarının ödənilməsində iki-üç aya qədər gecikmələr yaranıb. Bəzi ifaçılar kapellanı tərk edib, bir çoxları isə Türkiyəyə köçüb.

"Yalnız unudulmaz Liderimiz Heydər Əliyevin müdaxiləsi vəziyyəti xilas etdi. O, imzaladığı sərəncamla kapellanın, eləcə də orkestrin əməkhaqqını beş dəfə artırdı", - deyə o vurğulayıb.

G. İmanovaya xaricdə işləmək təklifləri də gəlib, lakin o, Bakıda qalmağa qərar verib.

"Niyə hamımız gedib başqalarına dərs deməliyik, halbuki öz kadrlarımız var? Hazırda fəaliyyət göstərən xormeysterlərin əksəriyyəti bizim məzunlarımız, mənim tələbələrimdir", - deyə o qeyd edib.

Kapellanın yaradıcılığının əsasını a kapella ifası təşkil edir. Bu ifa forması hər bir iştirakçıdan xüsusi eşitmə nəzarəti və yüksək ahəngdarlıq tələb edir.

"Təsəvvür edin, xorda heç olmasa 5-10 dəqiqə ərzində bütün xorun ilkin tonallığını qoruyub saxlamağa çalışın! Orada 50-55 nəfər var və hər kəsin musiqi duyumu fərqlidir. Hər bir xor ifaçısı canlı alətdir", - deyə dirijor izah edib.

Kollektivin repertuarına Brams, Verdi və Motsartın "Rekviyem"ləri, Palestrina və Orlando di Lassonun əsərləri, Vasif Adıgözəlovun "Çanaqqala" oratoriyası və Firəngiz Əlizadənin "Qarabağnamə" operası daxildir. Kapella Ennio Morrikone ilə birlikdə çıxış edib, Roma Papasının Bakıya səfəri zamanı kilsə ayinini ifa edib, həmçinin Gürcüstan, İspaniya, Fransa və Türkiyədə qastrol səfərlərində olub.

Kollektiv Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş "44" filminin çəkilişlərində də iştirak edib. İmanovanın sözlərinə görə, xor ifaçıları üçün bu filmdə yer almaq həlak olmuş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi olub.

"Bu, şəhidlərimiz üçün edə biləcəyimiz ən kiçik şey idi", - deyə o bildirib.

O, ən güclü emosional anlarından birinin 2021-ci ilin mayında Şuşa şəhərində keçirilən "Xarıbülbül" festivalındakı çıxış olduğunu söyləyib.

"Orkestrin müşayiəti ilə "Qarabağ şikəstəsi"ni ifa edərkən xor ayaq üstə dayanıb ağlayırdı. Həmin an göyə bir qartal yüksəldi", - deyə bədii rəhbər xatırlayıb.

  • Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində
  • Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində
  • Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində
  • Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində
  • Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində
  • Azad edilmiş Şuşada “Qarabağ şikəstəsi”ni ifa edərkən xor ağlayırdı – Gülbacı İmanova “Tofiq Abbasovla dialoq” verilişində
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости