https://news.day.az/azerinews/1877038.html Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib Prezident İlham Əliyev Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib

Azərbaycanca, 25 ноября 2026 15:03 (UTC +04:00) 229
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости