https://news.day.az/azerinews/1877473.html Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunda qanunsuzluq aradan qaldırılıb - VİDEO Respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilərək obyektə icazəsiz giriş-çıxış yolu təşkil olunub.

Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunda qanunsuzluq aradan qaldırılıb - VİDEO

Azərbaycanca, 27 ноября 2026 09:53 (UTC +04:00) 207
Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunda qanunsuzluq aradan qaldırılıb

Respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilərək obyektə icazəsiz giriş-çıxış yolu təşkil olunub.

Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilərək obyektə icazəsiz giriş-çıxış yolu təşkil olunub. AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı pozuntunun aradan qaldırılmasını tələb edib.

AAYDA bildirib ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

Agentliyin açıqlamasına görə, tələbin məqsədi avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости