Avtovağzal kompleksi sökülür? - AÇIQLAMA
Day.Az представляет новость на азербайджанском языке
Vəziyyətlə bağlı yekun rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək
Bakı Avtovağzalı kompleksinin ərazisində sürüşmə nəticəsində yaranmış çatların qarşısını almaq üçün bərkitmə işləri davam edir.
Bu barədə Azəryolservis ASC-nin mətbuat katibi Anar Nəcəflinin axar.az-a verdiyi məlumata görə, hazırda ərazidə şəhər istiqamətində gələn yolda bərkitmə işləri aparılır. A.Nəcəfli Avtovağzal kompleksində əsaslı söküntü və kompleksin Şamaxı yolu adlanan əraziyə qədər genişləndirilməsi barədə yayılan məlumatı təqdiqləməyib: "Hazırda bərkitmə işləri görülür. Bütün qərarlar təmir işləri yekunlaşdıqdan sonra veriləcək. Hələlik avtovağzal kompleksinin əsaslı sürətdə təmiri və genişləndirilməsi haqda heç bir məlumat yoxdur".
Qeyd edək ki, vəziyyətlə bağlı yekun rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре