Bakı-Sumqayıt yolunda vəziyyət gərginləşir - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Son günlər havaların yağmursuz keçməsinə baxmayaraq, Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindən keçən hissəsində çatlar daha da genişlənib.
ANS PRESS-in məlumatına görə, həmin çatları istər yolun avtomobillərin hərəkət etdiyi orta hissəsində, istərsə də kənar hissələrində görmək mümkündür. Ancaq kənar hissədə çatların genişliyi daha çoxdur və avtomobil sahibləri həmin hissələrdə hərəkət etməyə ehtiyat edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev də ərazidə çatların nisbətən genişləndiyini təsdiqlədi: "Bizim əməkdaşlar dünən əraziyə baxış keçiriblər və onlar da mənzərəni müşahidə ediblər. Mənə bildirdilər ki, çatlarda genişlənmə var. Ancaq həmin genişlənən əraziyə hazırda sement doldurulur. Bundan başqa avtovağzalın sürüşən hissəsində də bərkitmə işləri aparılır".
Ələmdar Piriyev hazırda həmin çatların yarandığı ərazidə real təhlükə olduğunu da bildirib.
Yaranan çatlar yolun ortası ilə yanaşı, istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq, avtovağzalın 2-ci mərtəbəsində yerləşən şəhər avtobusları üçün dayanacaqda da görünür. Lakin bütün bunların qarşısını almaq üçün ərazidə bərkitmə işləri aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре