Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradıldı
Day.Az представляет новость на азербайджанском языке
Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradılıb.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə dair illik hesabatın müzakirəsi zamanı qərar verilib.
İşçi qrupun məqsədi hazırda bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində aradan qaldırılmasıdır.
İşçi Qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib.
İşçi Qrupun rəhbəri millət vəkili Rüstəm Xəlilov təyin edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре