Ştefan Qrobe: "Amerika jurnalistləri Ermənistanı heç xəritədə göstərə bilməzlər"

Day.Az представляет новость на азербайджанском языке
"Amerika cəmiyyətini, əsas etibarilə, ölkə daxilindəki məsələlər maraqlandırır. Xarici ölkələrdə baş verənlərə böyük əhəmiyyət verilmir".
Day.Az bildiri ki, bunu virtualaz.org-a eksklüziv müsahibəsində "Euronews" telekanalının ABŞ müxbiri Ştefan Qrobe deyib.
Onun sözlərinə görə, bir çox ABŞ qəzetləri aprel ayında Qarabağda baş verənlərə səhifələrində yer ayırıblar. "Amma elə də ciddi fikir verilmədi. Yaxşı ki, bu münaqişə çox uzanmadı. Əks halda, əlbəttə ki, bura jurnalistlər də ezam olunacaqdı", - Qrobe deyib.
Jurnalist xatırladıb ki, hazırda ABŞ-da prezident seçkiləri kampaniyası davam edir və ölkə nəşrlərinin xəbərlərinin 90%-i yalnız bu hadisəyə həsr olunub.
O ki qaldı erməni lobbisinin Amerikadakı nəşrlərin işinə təsiri məsələsinə, Ş.Qrobe bildirib ki, bu, Fransada daha çox hiss olunur: "Sizi inandırıram ki, Amerikada bir çox jurnalistlər heç xəritədə də Ermənistanın harada olduğunu tapa bilməzlər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре