Həccə getmək istəyənlər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün sənəd qəbulunun son tarixi və boş qalan yerlərin sayı açıqlanıb.

Day.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) azvision.az-a verilən məlumata görə, ümumilikdə 200 boş zəvvar yeri qalıb və son sənəd qəbulu iyunun 30-a qədərdir. Qalan yerlərdən 100-ü VİP, 100-ü isə nisbətən zəif şəraitli ziyarət üçündür.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib.

Ziyarət zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.

Ötən il həm də həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.