Qubaya qar yağdı

Day.Az представляет новость на азербайджанском языке

----------
10:50

Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.

APA-nın verdiyi məlumata görə, ən çox qar rayonun Xınalıq kəndinə düşüb. Burda qarın hündürlüyü 18 sm çatıb. Temperatur isə mənfi 5.5 dərəcəyə enib.

Qonaqkənddə isə qarın hündürlüyü 11 sm-dir. Qubanın digər ağlıq ərazilərinə də qar yağıb. Həmin ərazilərdə qarın qalınlığı 1-5 sm-dir.

Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 5 sm-ə qədərdir.

---------
10:06

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonuna qar yağıb.

SalamNews-un məlumatına görə, qar örtüyü 6-7 santimetrə çatıb. Buna baxmayaraq dağ kəndlərinə gedən yollarda avotmobillərin hərəkətində heç bir problem yoxdur.

Qeyd edək ki, Azərbaycanın şimal rayonlarında yağmurlu hava davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.