Novruz Məmmədov: "Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil"
Day.Az представляет новость на азербайджанском языке
"Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil".
Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook"dakı səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin Moskvada toplantısı Birliyin 25 illiyi münasibətilə keçirilsə də, çox mühüm məsələlərə həsr edilmişdi. Həqiqətən də müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil. Düşünürəm ki, bu təhdidlərə qarşı birgə fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyi və digər məsələlər ətrafında müzakirələr çox faydalı oldu".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре