Terrorçu tutuldu, bəs indi nə olacaq? - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
İstanbul Ortaköydəki "Reina" klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov tutulub. O, şəhər polisinin baş idarəsinə təhvil verilib. Abdulqadir Maşaripov 17 gündən sonra Esenyurtda İŞİD-çinin evində tutulub. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Mete Yarar terrorçunun tutulması ilə bağlı fikirlərini bölüşüb. Özbək əsilli terrorçunun canlı tutulmasının vacib məsələ olduğunu vurğulayıb.
"Əvvəllər Numan Kurtulmuş bu məsələ ilə əlaqədar lazımi açıqlama verib. Terrorçunun canlı tutulması onunla əlaqəsi olan şəxslərin kimliyinin öyrənilməsi cəhətdən çox yaxşıdır. "Reina" qətliamındakı izlər İŞİD-in dəst-xəttinə bənzəmir. Bu terakt digərlərindən fərqlənir. Onun kluba necə gətirildiyi, kimlərin gətirdiyi vacib məsələlərdir. Terrorçunu dindirməklə bütün bunları öyrənmək olar".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре