https://news.day.az/azerinews/860351.html Mübariz Qurbanlı: "Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar"

Mübariz Qurbanlı: "Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar"

Azərbaycanca, 19 января 2017 11:52 (UTC +04:00) 1 054
Mübariz Qurbanlı: "Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar"

Day.Az представляет новость на азербайджанском языке

Xaricdə terrorçuluqla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrdə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, həmin şəxslər avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsində deyil, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости