İŞİD-in "ölüm maşınları" məhv edilir - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının əlində olan Mosul şəhərinin azad edilməsi uğrunda döyüşlər davam edir.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İraqın Nineviya vilayətində yerləşən Mosulun ucqar məhəllələri artıq terrorçulardan təmizlənib.
İraq ordusunun hərbçiləri İŞİD-in "ölüm maşınları"nın bir neçəsini hədəfə çatmamış məhv ediblər.
İŞİD "canlı bomba"ların idarə etdikləri bu maşınları hədəf seçdiyi məkana yollayır, orada partladır.
"Ölüm maşını"na döndərilmiş yük avtomobillərindən birinin üzərinə "İslam Dövləti, Nineviya vilayəti, Əbu Leis Ənsəri alayı" yazılmışdı.
BMT-nin son hesabatlarına görə, hazırda Mosulda 750 min dinc sakin daimi ölüm təhlükəsi ilə yaşayır, ekstremal risk situasiyasındadır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре