https://news.day.az/azerinews/863596.html Tramp İŞİD-ə qarşı yeni müttəfiqlər axtarır

Tramp İŞİD-ə qarşı yeni müttəfiqlər axtarır

Azərbaycanca, 29 января 2017 08:33 (UTC +04:00) 1 191
Tramp İŞİD-ə qarşı yeni müttəfiqlər axtarır

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettisə İŞİD-lə mübarizə üzrə plan hazırlamağı tapşırıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, plan ABŞ-ın rəhbərlik etdiyi koalisiya üçün yeni müttəfiqlərin müəyyənləşdirilməsini nəzərdə tutur.

D.Trampın ötən gün imzaladığı memoranduma əsasən, plan 30 gün ərzində hazırlanmalıdır. Sənəddəki bəndlərdən biri  "İŞİD-ə qarşı mübarizədə koalisiyanın yeni tərəfdaşlarının müəyyənləşdirilməsini və İŞİD-lə mübarizədə koalisiya üzrə  tərəfdaşların dəstəklənməsi siyasətinin aparılması"nı nəzərdə  tutur.  

Qeyd edək ki, İŞİD-lə mübarizədə əməkdaşlıq məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости