"İpdən uşaq paltarı götürüb evə gətirmişik"

Day.Az представляет новость на азербайджанском языке

"İpdən uşaq paltarı götürüb evə gətirmişik"

Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən Elvin Süleymanov Xırdalan şəhəri, Nizami küçəsində yerləşən, ona məxsus ərzaq mağazasından oğurluq olunduğunu bildirib.

ARB TV xəbər verir ki, araşdırmalara başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Goranboy rayonu Balakürd kənd sakini Ramil Tanrıverdiyev və onun qaynı Ucar rayonu Qaradağlı kənd sakini İsa İsmayılovu saxlayıblar.

İlkin dindirilmə zamanı qohumlar törətdikləri cinayəti etiraf ediblər. Nəticədə məlum olub ki, bu təklif qayına yeznədən gəlib.

İsa İsmayılov - saxlanılan şəxs: "Açarların yerini bilib, girmişik içəri. Əşyalarda yeməli şeylər qənd, çay, şəkər tozudur. Gətirmişik, yemişik".

Ramil Tanrıverdiyev - saxlanılan şəxs: "İsaya dedim ki, mağaza var, gedək oraya, oğurluq edək. Getdik, "reşotka"nı qırıb, plastik qapını açıb girdik içəri".

Saxlanılan şəxslər mağaza sahibinə ümumilikdə 3 min manatdan artıq ziyan vurublar. İstintaq zamanı onların digər oğurluq faktlarının da üstü açılıb. Belə ki, qohumlar müxtəlif yerlərdən tikinti avadanlıqları, velosiped, eyni zamanda paltar oğurlayıblar.

Ramil Tanrıverdiyev - saxlanılan şəxs: "İpdə görüb götürmüşük. Böyük paltarı, uşaq paltarı gətirmişik evə".

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: