https://news.day.az/azerinews/871435.html Partlayış törədən terrorçu-kamikadze Quantanamo məhbusu olub

Partlayış törədən terrorçu-kamikadze Quantanamo məhbusu olub

Azərbaycanca, 22 февраля 2017 09:29 (UTC +04:00) 1 375
Partlayış törədən terrorçu-kamikadze Quantanamo məhbusu olub

Day.Az представляет новость на азербайджанском языке

İraqın Mosul şəhəri yaxınlığında İŞİD adından partlayış törədən terrorçu-kamikadzenin əvvəllər Quantanamo məhbusu olmuş və Camal əl-Harit adı ilə tanınan Böyük Britaniya vətəndaşı Ronald Fiddler olduğu müəyyənləşib.
 
Day.Az APA-ya istinadən xəbər verir ki, 50 yaşlı Camal əl-Harit fevralın 20-də Mosul yaxınlığında yerləşən hərbi bazanın qarşısında minalanmış avtomobili özü ilə birlikdə partladıb. Məlumata görə, Camal əl-Harit  2004-cü ildə Quantanamo həbsxanasından azad edilərək vətəninə göndərilib. Bir müddət sonra Camal əl-Harit məhbus olduğu dövrdə çəkdiyi əzaba görə Britaniya hökumətindən 1 mln. funt-sterlinq kompensasiya almağa müvəffəq olub.
 
Əbu-Zəkəriyyə əl-Britani təxəllüsü ilə də tanınan Camal əl-Harit İŞİD terror qruplaşmasına qatılmaq üçün 2014-cü ildə Türkiyə üzərindən Suriyaya keçib. Məlumata görə, əl-Harit Britaniya hökumətindən aldığı kompensasiyanı qruplaşmaya verib.   
 
Amerikalı hərbçilər tərəfindən 2001-ci ildə Pakistanda saxlanılmış  Camal əl-Harit bir il sonra Quantanamo həbsxanasına köçürülüb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости