https://news.day.az/azerinews/873315.html Şəhid hərbçimiz dəfn olundu

Şəhid hərbçimiz dəfn olundu

Azərbaycanca, 28 февраля 2017 10:50 (UTC +04:00) 1 249
Şəhid hərbçimiz dəfn olundu

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli - Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbristanlığında dəfn olunub.

Day.Az report-a istinadən xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər. 
Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb. 

Allah rəhmət eləsin!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости