https://news.day.az/azerinews/877136.html Polis İŞİD-in terror aktının qarşısını aldı - Almaniyada

Polis İŞİD-in terror aktının qarşısını aldı - Almaniyada

Azərbaycanca, 13 марта 2017 09:46 (UTC +04:00) 1 003
Polis İŞİD-in terror aktının qarşısını aldı

Day.Az представляет новость на азербайджанском языке

Essen şəhərindəki ticarət mərkəzində planlaşdırılmış terror aktının arxasında İŞİD dayanırdı.

Day.Az report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer "ARD" telekanalında efirə gedən "Berlin aus Bericht" proqramında bildirib.

O qeyd edib ki, Almaniyada terror təhlükəsi yüksək olaraq qalır. "İŞİD terror qruplaşması ilə əlaqə göz qabağındadır", -  nazir bildirib.

Tomas de Mezyer vurğulayıb ki, Almaniyanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır.

Qeyd edək ki, "WDR" telekanalının verdiyi məlumata görə, Essen polisi bu şəhərin ticarət mərkəzinə planlaşdırılmış terror aktının qarşısını ala bilib. Yerli polis terror aktının aşkar olunmuş mümkün əlamətləri səbəbindən ticarət mərkəzinin bağlanmasına göstəriş verib.

Gücləndirilmiş iş şəraitinə keçmiş güc strukturlarının əməkdaşları əraziyə gəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости