"Ermənilər böyük dövlətlərin 31 mart qırğınlarına göz yummasından istifadə edib Xocalı soyqırımını törətdilər"
Day.Az представляет новость на азербайджанском языке
XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu. Hadisəni törədənlər isə cəzasız qaldılar. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törətdilər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq".
PA rəsmisi vurğulayıb ki, beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре