İŞİD-dən QANDONDURAN VƏHŞİLİK — kişiləri öldürüb meyitləri küçələrə atdılar
Day.Az представляет новость на азербайджанском языке
İŞİD terror təşkilatı İraqın Mosul şəhərində qanlı qətliam törədib.
Day.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə İraq ordusunun polkovniki Ahmad əl-Caburi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, terrorçular Mosulda əmrə əməl etməyən 30-dan çox dinc sakini edam ediblər.
"Terrorçular dinc əhalini öldürdükdən sonra onların meyitini küçələrə atıblar. Terrorçular bununla onlara tabe olmayan dinc sakinlərə cəza verdiklərini nümayiş etdiriblər", - deyə hərbçi bildirib.
Terrorçular sakinləri nəzarətdə saxladıqları əraziləri tərk etmək cəhdində ittiham ediblər. Məlumata görə, edam olunanların hamısı kişidir.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayından Mosulda İraq ordusu və ABŞ hərbçilərinin birgə təşkil etdiyi koalisiya qüvvələri əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində İraqda bir çox ərazi İŞİd terrorçularından təmizlənib. Bu ilin mart ayından başlayaraq Mosul şəhəri mühasirəyə alınıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре