Novruz Məmmədov: "Müxtəlif bəyanatlar və təkliflər verilsə də, nəticəsi yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

"Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək yeni mərhələyə qədəm qoyur".

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Tvitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Beynəlxalq birliyin əsas aktorları müxtəlif bəyanatlar və təkliflər versələr də, çağırışlar etsələr də, nəticəsi yoxdur.

Tərəflər anlaşmaya, dialoqa nail ola bilmirlər. Amma belə vəziyyətin səbəbləri də, nə dərəcə təhlükəli olması da aydındır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.