https://news.day.az/azerinews/908130.html Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına müraciət Day.Az представляет новость на азербайджанском языке Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini məbədlərdə çəkilişlərin aparılması ilə bağlı Milli Televiziya və Radio Şurasına və Mətbuat Şurasına məktub ünvanlayıb.

Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına müraciət

Azərbaycanca, 21 июня 2017 12:09 (UTC +04:00) 1 485
Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına müraciət

Day.Az представляет новость на азербайджанском языке

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini məbədlərdə çəkilişlərin aparılması ilə bağlı Milli Televiziya və Radio Şurasına və Mətbuat Şurasına məktub ünvanlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Komitə sədri Mübariz Qurbanlı jurnalistlərə bildirib ki, bəzən dini abidələrdə çəkiliş aparır, mahnı oxuyur və dini həssalığı nəzərə almırlar:

"Bu isə sonradan müəyyən problemlərin yaranmasına səbəb olur. Bütün dini abidələrdə, istər senaqoq olsun, istər kilsə, istərsə də məscid - çəkiliş apararkən diqqətli və həssas olmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Qanunda bununla bağlı məsələ əksini tapmayıb, ancaq bu, mənəviyyat məsələsi olduğuna görə, diqqətlə yanaşılmalıdır. Gələcəkdə bu məsələ ilə bağlı qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости