Qardaşının toyuna gedən gənc qəzaya düşdü, yaralılar var Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay sakininə məxsus "Mersedes" və Şamaxı sakininə məxsus "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri, 2012-ci il təvəllüdlü Quliyeva Səbinə Feyzi qızı və bacısı, 1997-ci il təvəllüdlü Quliyeva Şəhanə Feyzi qızı, eləcə də adları hələ məlum olmayan Göyçay sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır. Məlumata "Mersedes" markalı avtomobilin sürücüsü Bakıdan Göyçaya, qardaşının toy mərasiminə gedirmiş və yolda avtomobil qəzasına düşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.