https://news.day.az/azerinews/937332.html "Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir" Day.Az представляет новость на азербайджанском языке Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir.

"Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir"

Azərbaycanca, 2 октября 2017 12:55 (UTC +04:00) 790
"Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda deyib.

S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməlidir: "Bu məsələni bir neçə dəfə qaldırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər".

Millət vəkili deyib ki, həmin partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости