https://news.day.az/azerinews/969854.html 20 Yanvar şəhidlərinin xatirəsi Əskişəhərdə anılıb Day.Az представляет новость на азербайджанском языке Əskişəhər Azərbaycanlılar Dərnəyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini anma mərasimi keçirib.

20 Yanvar şəhidlərinin xatirəsi Əskişəhərdə anılıb

Azərbaycanca, 20 января 2018 11:05 (UTC +04:00) 2 231
20 Yanvar şəhidlərinin xatirəsi Əskişəhərdə anılıb

Day.Az представляет новость на азербайджанском языке

Əskişəhər Azərbaycanlılar Dərnəyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini anma mərasimi keçirib.

Day.Az bildirir ki, dərnəkdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Anadolu Universitetinin professoru Zaur Mükerremin "Meydan" sənədli filminin təqdimatı olub.

Mərasimdə 20 Yanvar şəhidləri və türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın 20 Yanvar hadisələri haqqında məlumat verib. "20 Yanvar tarixi Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır, qanlı olduğu qədər də Azərbaycanın şanlı tarixidir", - deyə Cavid Aydın vurğulayıb.

Daha sonra "Meydan" sənədli filmi nümayiş olunub.

Tədbirdə dərnək üzvləri, azərbaycanlı tələbələr, iğdırlı soydaşlarımız və Əskişəhərin müxtəlif təşkilatlarının nümayəndələri iştirak ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости