https://news.day.az/azerinews/969907.html Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib - FOTOLAR

Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib - FOTOLAR

Azərbaycanca, 20 января 2018 13:39 (UTC +04:00) 1 965
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun "20 yanvar" stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və metropoliten əməkdaşları "20 yanvar" stansiyasında şəhidlərin xatirəsinə hazırlanan kompozisiyanı ziyarət edib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости