Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

Day.Az представляет новость на азербайджанском языке

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinə həsr olunmuş "İki qərənfil" adlı rəsm sərgisi açılıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən danışıb, 20 Yanvarın Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib.

Sərgidə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov və Məhəmmədəli Ələkbərov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov çıxış ediblər.

Sonra sərgiyə baxış olub. "İki qərənfil", "20 Yanvar şəhidləri", "Qərənfillər", "Unutmaq olmaz", "Şahidlər", "Erməni faşizmi" və digər əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bir həftə davam edəcək sərgidə muxtar respublikada fəaliyyət göstərən 30 rəssamın 62 əsəri nümayiş etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.