https://news.day.az/azerinews/969921.html Şəhidlərimizin mübarizə əzmi bizə müstəqilliyimizi bəxş edib

Şəhidlərimizin mübarizə əzmi bizə müstəqilliyimizi bəxş edib

Azərbaycanca, 20 января 2018 14:02 (UTC +04:00) 960
Şəhidlərimizin mübarizə əzmi bizə müstəqilliyimizi bəxş edib

Day.Az представляет новость на азербайджанском языке

Şəhidlərimizin mübarizə əzmi bizə müstəqilliyimizi bəxş edib. Onların sayəsində müstəqil dövlət olmuşuq, dünyada tanınmışıq. Buna görə də borcumuzdur ki, hər il Şəhidlər xiyabanına gəlib onları yad edək. Şəhidlərin məzarlarını ziyarət etmək bizim üçün şərəfdir.

Day.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn, Bakıdakı 13 nömrəli peşə məktəbinin müəllimi Rəşad Səmədov deyib.

R.Səmədov bildirib: "Allahdan şəhidlərimizə rəhmət diləyirik. İndi də bu hadisəni gənclərimizə, şagirdlərimizə danışır, onların da bu vəhşilikdən xəbərdar olmalarına çalışırıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости