MSK İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyini təsdiq olunması müzakirəyə çıxarılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.