ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) tarixdə ilk dəfə qadın rəhbərlik edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

MKİ-nin keçmiş rəhbəri Mayk Pompeo ABŞ-ın dövlət katibi təyin olunduqdan sonra onun yerinə müavini Cina Haspel təyin olunub.

Qeyd edək ki, D.Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.