“Novruz Türk dünyasının bayramıdır” - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Türk Dünyası Parlamentlər Birliyinin Novruz Bayramı münasibəti ilə paytaxt Ankarada tədbir təşkil edilib.
Novruz yeni il, baharın başlandığı kimi qeyd olunsa da Türklər üçün ayrı bir dəyəri vardır. Novruz 3 -min ildən çoxdur qeyd edilən yeganə bayramdır.
Bunu tədbirdə açıqlamasında, Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi söyləyib. TDPB sədri, bu bayramın Türk Dünyasına birlik, bərabərlik gətirməsini diləyib: "Novruzun bütün Türk dünyasına birlik bərabərlik gətirməsini diləyirəm. Mən özünü Türk hiss edən hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bu bayramda arzu edirəm ki, bir daha zülmə məruz qalan Türk olmasın. Və işğal altında olan Türk torpağı tez bir zamanda geri qaytarılsın".
Daha sonra Çələbi bildirib ki, terroristlərə və terrora dəstək verən ölkələrə qarşı Türk Dünyası artıq bir olmalıdır: "Terroristlərə və terrora dəstək verən ölkələrə qarşı Türk Dünyası artıq bir olmalıdır. Türkiyəni Afrin "Zeytin Dalı" hərəkətində tək qoymayan yalnız Türk dünyası dövlətləri və xalq oldu.
Biz bir daha bunun şahidi olduq ki, Türkün Türktən Başqa dostu yoxdur".
Bayram mərasimdə TDPB sədri Nail Çelebi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, bir çox millət vəkilləri, birliyin fəxri üzvü Yüksel Değercan, Birliyin mətbuat və Xalqla əlaqəli kordinatoru və Avropa jurnalistlər dərnəyinin sədri, Novruzun şərəfinə alışdırılan tonqalın etirafına yığışıblar.
Qeyd edə ki, tədbirdə bayram ziyafət yeməyi də verilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре