MSK sədri TürkPA üzvləri ilə görüşüb

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli  Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasının  üzvləri ilə görüş keçirib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Secki-2015.az saytına verilən xəbərə görə, Mərkəzi Seçki Komissiyasında nümayəndə heyətini salamlayan sədr  Məzahir Pənahov görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq seçki praktikasının  təkmilləşməsində hər zaman mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müxtəlif beynəlxalq  təşkilatlar və xarici qurumlarla sıx münasibətlərinin ölkədəki seçki sisteminin və proseslərin hazırkı inkişaf səviyyəsinə çatmasındakı rolu  inkaredilməzdir. Beynəlxalq müşahidə missiyasının üzvləri MSK sədri Məzahir Pənahova  səmimi qəbula görə təşəkkürlərini bildirib və Azərbaycan Respublikasının  seçki sistemi və Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri 

seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf  keçirilməsi üçün atılmış addımlar və gerçəkləşdirilmiş genişmiqyaslı layihələr barədə hərtərəfli məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Foto - AZƏRTAC

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.