Aktyor Rafael İsgəndərov aqressivliyindən danışıb

Day.Az представляет новость на азербайджанском языке.

"Bu şəhərdə" yumoristik qrupunun fəal üzvü, aktyor Rafael İsgəndərov maraqlı etiraflar edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Rafael yaxşı üzgüçü olduğunu və indiyədək bir neçə insanın həyatını xilas etdiyini deyib:

"Deyirlər ki, Rafael aqressivdir, əslində danışığım belədir. Səmimiyəm, çox vaxt lazımsız insanların yanında ürəyimi açıb-tökürəm. Bu, mənim ən zəif tərəfimdir. Sağ olsun Coşqun, arada yadıma salır ki, bax ha, filankəs sənə bunu etmişdi. Hamını özüm kimi bilirəm: təmənnasız, dürüst... Yaxşı üzgüçüyəm, bu günə kimi dörd nəfəri xilas etmişəm. Yemək bişirməyi sevirəm. Üzümü qırxa bilmirəm. İlboyu asqırıram, çünki allergiyam var. İynə vurmağı bacarıram, həkimliyi Coşqunun üstündə öyrənmişəm. Yaxşı ovçuyam, amma tərgitmək fikrindəyəm".