Amerikanın tanınmış kinorejissoru dünyasını dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Amerikanın tanınmış kinorejissoru, "Evdə tək 4" və "Bethoven 2" kimi məşhur filmlərin rejissoru Rod Deniel vəfat edib.

Day.Az "report"a istinadən xəbər verir ki, 74 yaşlı rejissor Çikaqoda yaşadığı evdə dünyasını dəyişib.

Rod Deniel kino karyerasına Hollivudda komediya filmlərini çəkməklə başlayıb.
Son illər kino karyerasına teleserial çəkməklə davam edən Rod Deniel 2003-cü ildən böyük kinodan uzaqlaşıb. Rod Deniel "Raymondu hamı sevir" və "Şəxsi detektiv Maqnum" serialları ilə tamaşaçıların diqqətini cəlb edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.