Mədənin funksional pozğunluğunu Nə YARADIR?
Day.Az представляет новость на азербайджанском языке
Day.Az immunitet.az-a istinadən bildirir ki, mədənin funksional pozğunluğu heç bir anatomik dəyişiklik baş vermədən, ciddi bir xəstəlik aşkarlanmadan baş verən mədə narahatçılığıdır. Xəstəlik mədə dispepsiyası və ağrı sidromu ilə müşahidə olunan mədənin motor və sekresiyasının pozulmasıdır. Bu pozulmalara aşağıdakılar aiddir:
-dispepsiya
-aerofagiya
-adəti qusma
-pilorospazm
Xəstəliyin baş verməsində aşağıdakı səbəblərin rolu vardır:
-psixoemosional stress vəziyyətləri
-alimentar pozğunluqlar
-qida allergiyaları
-papiros çəkmə
-spirtli içkilərdən istifadə etmə
-havanın yüksək tempraturu
-ionlaşdırıcı radiasiya
-qastrotrop dərmanlar
Mədənin funksional pozğunluğunda xəstə yediyi qidanın həzmə getməməsindən, qusmadan, qida ilə əlaqədar olan mədə ağrılarından şikayət edir. Lakin müayinələr zamanı mədədə heç bir xəstəlik aşkar edilmir. Xəstəlik adətən müalicəyə müvəqqəti tabe olur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре