Bu ölkədə ölüm hökmü bərpa oluna bilər

Day.Az представляет новость на азербайджанском языке
Tacikistanın baş prokuroru Yusuf Rahmon ayrı-ayrı cinayətlər üçün ölüm hökmünün tətbiq edilməsini dəstəkləyib.
Milli.Az modern.az-a istinadən bildirir ki,onun fikrincə, bir neçə şəxsi xüsusi amansızlıqla öldürənlərə, terrorçulara, vətənə xəyanət edənlərə və dövlət çevrişinə cəhd edənlərə qarşı ölüm hökmü tətbiq edilməlidir.
2013-cü ildə ölüm hökmünün tətbiqi ilə bağlı Tacikistanın daxili işlər naziri Ramazon Rahimov çıxış edib. O, qeyd edib ki, bəzi cinayət törədənləri bağışlamaq mümkünsüzdür.
Tacikistanda ölüm hökmünə moratorim 2004-cü ildən qüvvədədir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре