Azərbaycan Rio-2016-da daha bir medal qazandı

Azərbaycanı Rio-2016-da sərbəst güləş yarışlarında təmsil edən Şərif Şərifov bürünc medal uğrunda görüşə çıxıb və Trend-in məlumatına görə, sonuncu qarşılaşmada venesuelalı Pedro Fransisko Kebalyos Fuenres ilə güləşən təmsilçimiz ilk hissədə rəqibindən cəmi bir xal alıb.

İkinci hissədə də üstün olan (5:1) Ş.Şərifov Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Bu, Azərbaycanın Rio Olimpiadasında qazandığı 10-cu bürünc medal olub.