Bəzi dairə seçki komissiyalarının tərkibi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Milli.Az bildirir ki, sənəddə deyilir: "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Tariyel Kərim oğlu Mirzəyev 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. Zahid Zakir oğlu Əhmədov 57 saylı Kürdəmir, Allahverdi Kazım oğlu Heydarov 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.