Bu yol keçilməz vəziyyətdədir - avtobus son dayanacağını dəyişib - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Bir müddət öncə yağan güclü yağış yolu yararsız vəziyyətə salıb. Day.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər Biləcəri qəsəbə ərazisində ki, Binəqədi yolundandır.
Sakinlər deyirlər ki, yol bu vəziyyətdə olduğu üçün, əraziyə sərnişin daşıyan 202 nömrəli avtobus da son dayanacağını dəyişib. Bu isə sərnişinləri ikiqat əziyyətə salır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, avtobusun son dayanacağı yolların həddindən artıq keçilməz olduğu üçün, qrumun razılığı əsasında dəyişdirilib. Yol təmir edildikdən sonra, avtobuslar əvvəlki dayanacağa qədər hərəkət edəcək.
Məlum oldu ki, sözügedən yol Biləcəri qəsəbə bələdiyyəsinin balansındadır. Yolun nə zaman təmir edilməsi ilə bağlı qəsəbə bələdiyəsindən mövqe öyrənmək mümkün olmadı.
Videonu izləmək üçün şəklə klikləyin:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре