Ürəyi xəstə olan sürücülər potensial təhlükədir! - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Oktyabrın 14-də paytaxtın Yasamal rayonu Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü idarəetməni itirərək yolun kənarında dayanan 53 yaşlı piyadanı vuraraq öldürüb. Bundan 7 gün sonra isə Şəkinin Başlayski kəndində bir sürücü sükan arxasında infarkt keçirərək idarəetməni itirib, nəticədə yoldan çıxaraq aşan maşında dünyasını dəyişib. Ən son belə bədbəxt hadisə isə paytaxtın Nəsimi rayonu ərazisində Rəşid Behbudov küçəsində baş verib. Özünü narahat hiss edən sürücü maşını yolun ortasında saxlayıb və sükan arxasında dünyasını dəyişib.
Day.Az xezerxeber.com-a istinadən xəbər verir ki, həkimlər son günlər tez-tez rast gəlinən infarkt hallarının özünəməxsus səbəblərinin olduqunu bildirir.
Karidoloq Vüqar Zamanov bildirir ki, infarkt keçirən şəxs hərəkət edə bilmədiyindən ürəyində narahatlıq olan şəxslərin avtomobil idarə etməsi məsləhət görülmür. İnfarkt isə özünü əvvəlcədən bəzi əlamətlərlə göstərə bilir.
Kardioloqun sözlərinə görə, ürək damar xəstəlikləri əsasən şəkərli diabet və siqaret aludəçilərində daha çox rast gəlinir. Belə xəstəliklər kişilərdə əsasən 40-60, qadınlarda isə 45-65 yaşlarında müşahidə edilir. İnfraktdan qorunmaq üçün isə ən az ildə birdəfə ümumi müayindən keçməli və ehtiyac olarsa müalicə almaq lazımdır.
Videonu izləmək üçün şəklə klikləyin:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре