Müğənninin 5 milyonluq sərvəti oğurlandı
Day.Az представляет новость на азербайджанском языке
İngiltərəli müğənni Rita Ora aldadılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun 2,3 milyon funt sterlinq (təxminən 5 milyon manat) sərvəti mənimsənilib.
Uzun sürən araşdırmalardan sonra müğənnidən oğurluq edənin kimliyi bəlli olub. Belə ki, bu, Ritanın mühasibatçısıdır.
İddiaya görə, ifaçının işçisi son zamanlar özünə bahalı avtomobillər alıb. O, pulu onlayn qumar oynayaraq qazandığını desə də, bu hadisə polisin də diqqətindən qaçmayıb.
Onun son 9 aylıq xərclərini araşdıran polis dələduzluğun üstünü açıb. Bəlli olub ki, adı açıqlanmayan şəxs, nəinki, Rita Oranı, ondan başqa onlarla insanı da aldadıb və hesablarından pul oğurlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре