“Tariximiz Mədəni İrsimizdir” layihəsi uğurla davam edir – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirillən "Tariximiz Mədəni İrsimizdir" layihəsinin icrası uğurla davam edir.
27-28 mart 2014-cü il tarixində Şirvan şəhər Gənclər və İdman İdarəsinin konfrans zalında layihənin Tariximiz Mədəni İrsimizdir adlı seminarları keçirilmişdir. Seminarda məktəbli və gənclər təşkilatlarından olan gənclər o cümlədən Şirvan şəhər Gənclər və İdman idarəsinin əməkdaşları iştirak etmişdir.
Tədbiri "Tariximiz Mədəni İrsimizdir" layihəsinin rəhbəri Yusif Poladov açıq elan etdi. Seminarın aparıcısı "Tariximiz Mədəni İrsimizdir" layihəsinin rəhbəri Yusif Poladov gənclərə layihənin əsas məqsədi barədə məlumat verdi. Bildirdi ki, bu layihənin əsəs məqsədi gəncləri Azərbaycanın tarixi-mədəni memarlıq abidələri ilə tanış etmək ve onları maarifləndirməkdir. Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun tarixi mədəni irsidir.
Tədbirdə Şirvan şəhər Gənclər və İdman idarəsinin baş məsləhətçisi Əfqan Həsənov da çıxış etdi. Bildirdi ki, Azərbaycanın, Azərbaycan xalqının, onun tarix və mədəniyyətinin çoxəsrlik kökləri var. Hər bir gənc tarixi keçmişimiz, mədəni-tarixi abidələrimiz haqqında geniş bilgiyə sahib olmalıdır. Əfqan Həsənov nitqində bu tipli layihələrin daha çox həyata keçirilməsinin vacibliyinidə vurğuladı. Seminarın sonunda fəallığı ilə seçilən gənclər sertifikatlarla təltif olundular.
Böyütmək üçün şəkillərə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре