Məcburi köçkünün yanan mənzili bərpa edilib

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə məcburi köçkün Malik Alıməmmədovun yanan mənzili bərpa edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, komitə sədrinin tapşırığı əsasında qurumun əməkdaşları həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olub.

Malik Alıməmmədovun mənzili bərpa edilərək və yanğın zamanı ailəyə məxsus əşyalara dəymiş ziyanın ödənilməsi qismən təmin olunub.

Qeyd edək ki, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş vermişdi. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.