Tez hazırlanan salatlar
Day.Az представляет новость на азербайджанском языке
Yay günlərində isti yeməklərdən çox, tez və asan hazırlanan soyuq qəlyanaltılara ehtiyac duyulur.
Day.Az axşam.az-a istinadən tez hazırlanan salatları təqdim edir:
"Ledi" salatı
Tərkibi:
200 qr. toyuq filesi
200 qr. konservləşdirilmiş noxud
2 təzə xiyar
2 duzlu xiyar
1 dəstə şüyüd
Duz, istiot, mayonez
Hazırlanması:
Qaynadılmış toyuq filesini, xiyarı və şüyüdü doğradıqdan sonra sayılan bütün ərzaqları qarışdırın. Zövqə görə duz və istiot əlavə edin.
Krab salatı
Tərkibi:
200 qr. krab çubuqları
2-3 diş sarımsaq
3 yumurta
150 qr holland pendiri
Mayonez
Hazırlanması:
Krab çubuqları və yumurtanı kub şəklində doğrayın. Sarımsağı əzin. Pendiri də sürtgəcdən keçirdikdən sonra mayonez əlavə edib qarışdırın.
Özbəkistan salatı
Tərkibi:
1 ağ turp
300 qr. bişmiş ət
1 kiçik baş soğan
1 dəstə keşniş
Mayonez, duz, istiot
Hazırlanması:
Turpu sürtgəcdən keçirdikdən sonra yumurta və əti kub şəklində doğrayın. Soğanı bitki yağında yumşalana qədər qızardın və yağını süzün. Ardınca digər ərzaqları da bir-birinə qarışdırın. Zövqə görə duz istiot əlavə edin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре