https://news.day.az/azerinews/1089496.html "Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb

"Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb

Azərbaycanca, 6 февраля 2019 09:38 (UTC +04:00) 1 323
"Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb

Day.Az представляет новость на азербайджанском языке

Şamaxı rayonu ərazisində elektrik enerjisi təchizatında yaranmış fasilə "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

Day.Az bildirir ki, bunu "report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, hazırda ölkəboyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunun bəzi ərazilərində elektrik enerjisi təchizatı kəsilmişdi.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости