Seysmoloji Xidmət Mərkəzinin baş direktoru zəlzələ baş verən əraziyə gedib

Day.Az представляет новость на азербайджанском языке

"Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir".

Day.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: "Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər".

Qurumun sözçüsü qeyd edib ki, Xidmətin baş direktoru Qurban Yetirmişli ərazidədir: "Əraziyə baxış keçirilir". 

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.