https://news.day.az/azerinews/1096203.html Nəsiminin anadilli divanının əlyazma nüsxəsinin surəti əldə edilib

Nəsiminin anadilli divanının əlyazma nüsxəsinin surəti əldə edilib

Azərbaycanca, 26 февраля 2019 11:03 (UTC +04:00) 1 044
Nəsiminin anadilli divanının əlyazma nüsxəsinin surəti əldə edilib

Day.Az представляет новость на азербайджанском языке

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surətini əldə edib.

Day.Az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan 134 səhifəlik divanın əvvəlində kitabın Bəktaşi təriqətinə məxsus Mömin Dədəyə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi Bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.

Əlyazma nüsxəsinin əvvəlindəki "Kitabı-Seyyid Nəsimi əl-Hüseyni" sözləri şairin "Hüseyni" təxəllüsü ilə kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости