Tanınmış ginekoloqdan şikayət edildi, 17 min manat tələb olunur

Tanınmış mama-ginekoloq Aytən Səfərova ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

Şikayətçi vətəndaş D.M. və onun həyat yoldaşı Ə.E.-dir.

Şikayətçilər iddia edir ki, A.Səfərovanın səhlənkarlığı ucbatından döl tələf olub. Buna görə də ər-arvad hüquq-mühafizə orqanlarına şikayət edərək həkimə verdikləri 17 min manat pulu geri tələb edirlər.

Day.Az  Milli.Az-a istinadən xəbər verir ki, A.Səfərovanın nümayəndəsi, vəkil İntiqam Hacıyev bildirib ki, vətəndaşların şikayəti əsassızdır:

"Həmin vətəndaş süni mayalanma ilə bağlı Aytən Səfərovaya müraciət edib və süni mayalanma da uğurlu olub. Lakin qadın doğuşu başqa xəstəxanada edib və orada da uşaq tələf olub. Bizə də bu barədə hüquq-mühafizə orqanlarından heç nə deyilməyib".